“Instagram”da qeydiyyat zamanı doğum tarixinin göstərilməsi tələb olunacaq

402

“Instagram” sosial şəbəkəsində hesab yaradarkən doğum tarixinin göstərilməsi tələb ediləcək. Bu haqda dekabrın 4-də sosial şəbəkənin saytında dərc edilmiş məlumatda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “bu gündən başlayaraq “Instagram”da hesab yaradarkən doğum tarixinin göstərilməsi tələb olunacaq. Sosial şəbəkədən istifadə qaydalarımıza görə, əksər ölkələrdə hesab yaratmaq üçün ən azı 13 yaşınız olmalıdır” – məlumatda deyilir.

Məlumata görə, doğum tarixi digər istifadəçilər üçün əlçatan olmayacaq.

Emil Hüseynov

 

PAYLAŞ