“iPad Air” və “iPad Mini” planşetləri nümayiş edilib

1399

“Apple” şirkəti “iPad Air” və “iPad Mini” planşetlərinin yeni modellərini təqdim edib. Bu barədə şirkətin saytında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “IZ” resursuna istinadən yazır ki, yenilənmiş “iPad Air” 10,5 düym diaqonallı (26,6 sm) “Retina” ekran, sonuncu nəsil “A12 Bionic” prosessor və displeydə təsviri istənilən şəraitdə gözlər üçün daha təbii və rahat göstərməyə imkan verən “True Tone” texnologiyalı yeni ekranla təchiz edilib.

Yeni “iPad Mini” planşetinin ekranı əvvəlki ölçüdə (20 sm) qalsa da, bu dəfə qurğu “A12 Bionic” prosessoru ilə təchiz olunub, eləcə də “Apple Pencil” elektron qələmindən (stilus) istifadə mümkün olub.
64 və 256 giqabayt yaddaş tutumunda təklif olunan “iPad Air” və “iPad Mini” planşetlərinin ilkin qiyməti müvafiq olaraq 499 və 399 dollar təşkil edir.

Nizam Nuriyev 

PAYLAŞ