“iPhone” əməliyyat sistemində kritik boşluq aşkar edilib

490

“Apple” şirkətinin yeni “iOS 13” sistemi təhlükə altındadır. Bu informasiya şirkətin rəsmi saytında dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, belə ki, kənar klaviaturanın köməyi ilə “iPhone” və “iPadOS” sistemlərinə tam müdaxilə etmək mümkündür.

Kritik boşluq yalnız “iOS 13” sistemində aşkar edilib. Əməliyyat sisteminin bu versiyasında kənar klaviaturalar həm şəbəkəyə qoşulma, həm də avtonom rejimdə işləyə bilərlər. Bundan başqa, həmin klaviaturalar əlavə funksiyaların daxil edilməsi üçün “tam giriş” tələb edə bilərlər.

Tərtibatçılar “iOS 13.1” yenilənməsində sözügedən boşluğu aradan qaldırmayıblar. Xatırladaq ki, “iOS 13” sisteminin  yeniləməsi  sentyabrın 24-də çıxarılıb.

Emil Hüseynov

PAYLAŞ