İskəndəriyyə kitabxanasındakı Mars xəritəsinin sirri — Ermənilər xəritəni niyə gizlədirlər?

0
80

İskəndəriyyə şəhəri eramızdan əvvəl 332-331-ci illərdə Makedoniyalı İskəndər tərəfindən salınıb.

Uzun illər tarixçilər ehtimal edirdilər ki, qədim dövrün qiymətsiz məlumatları tamamilə məhv olub. Amma sonradan Avropa və Asiyanın müxtəlif ölkələrində kitabxanaya məxsus tarixi sənədlər üzə çıxmağa başladı. O dövrün savadlı insanları bu əlyazmaları qoruyub-saxlamışdılar. Onlar hökumətdən və hakimiyyətdən gizli olaraq bu vacib sənədlərin surətini çıxarır, originalı isə digər ölkələrə göndərirdilər. Məzi mənbələrə görə, əlyazmaların bir hissəsi Tibetdəki monastr kitabxanalarında saxlanılır.

Ermənistandakı Eçmiəzdin kilsəsində də bu əlyazmalardan bəziləri saxlanılır. Amma təəssüflər olsun ki, sonradan əraziyə yerləşən ermənilər bu əlyazmaları öz adlarına çıxmağa başlayıblar. Buradakı əlyazmalardan birində Marsın səthinin xəritəsi təsvir olunub. Marsın ətrafında isə, planetin peyki təsvir edilib.

Bu kəşf dünya elmini heyrətə saldı. Xəritənin üzərində isə latın dilində qısa yazı var idi. Bu, qədim Misir mətninin tərcüməsi idi. Xəritənin nə vaxt və kim tərəfindən hazırlanması barədə heç bir məlumat yoxdur.

Qədim Misirdə və Qalliyada optik linzalar o dövrdə mövcud olsa da, Marsın peykini heç kəs teleskopu ilə görə bilməzdi. Bunu hətta XIX əsrdə Avropanın ən böyük rəsədxanasında da görmək mümkün deyildi.

Marsın peyki ilk dəfə 1877-ci ildə ABŞ-dakı dəniz rəsədxanasında kəşf edilib. Amma qədim xəritədə sadəcə peyk təsvir edilib. Amma təəssüflər olsun ki, xəritə sonradan Ermənistan milli akademiyasına təhvil verilib. Sonradan isə xəritəni və əlyazmanı gördüm deyən olmayıb. Bu günə qədər də Eçmiəzdində tapılan xəritədən xəbər yoxdur. Görünür, ermənilər bu xəritəni məqsədli şəkildə gizlədirlər.

 olke.az

SHARE