İT nəhəngləri və rabitə operatorları 6 QHs tezlik diapazonuna iddialıdır

501

Doqquz böyük istehlak elektronikası və elektron komponent istehsalçısı – “Apple”, “Google”, “Microsoft”, “Facebook”, “HP”, “Qualcomm”, “Intel”, “Broadcom” və “Marvell” ABŞ Federal Rabitə Komissiyasına (Federal Communications Commission, FCC) çox zəif güclü (very low power, VLP) “Wi-Fi” qurğularından 6 QHs tezlik diapazonunda lisenziyasız istifadəyə icazə verilməsi xahişi ilə müraciət edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, məlumatları yüksək sürətlə və minimal yubanma ilə ötürməyə imkan verən diapazona mobil rabitə operatorları da iddialıdır. Qurğu istehsalçılarının qurğular arasında yaxın rabitə üçün eyni diapazondan istifadə ilə bağlı planları mümkün maneələrə görə rabitə operatorlarında narahatlıq doğurur. İT nəhəngləri tərəfindən təsdiqlənməsi təklif edilən “VLP” standartı qurğuların onunla bilavasitə mobil rabitə baza stansiyasının yaxınlığında işləyəndə də mümkün maneələri aradan qaldıracaq.

“VLP” standartı məlumatları saniyədə 2 giqabit sürətlə və milli-saniyə yubanma ilə ötürməyə imkan verəcək. Məlumatların 6 QHs tezlik diapazonunda ötürülməsi sayəsində əlavə reallıq eynəkləri, virtual reallıq şlemləri və ya avtomobil əyləncə sistemi beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) ilə işləyən smartfona qoşula biləcək.

Nizam Nuriyev

PAYLAŞ