Kaliforniyada 3D printerdə çap edilmiş evlərdən ibarət ilk rayon inşa ediləcək

245

ABŞ-ın “Mighty Buildings” şirkəti 3D printerdə çap ediləcək evlərdən ibarət rayonun ilk layihəsini təqdim edib. Bu evlərin hamısı ekoloji cəhətdən təmiz olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “Mighty Buildings” şirkəti Kaliforniyada 15 milyon məbləğində rayon inşa etmək üçün robot və 3D printerlərdən istifadə planını təqdim edib.

İnşaat texnologiyaları ilə məşğul olan və müxtəlif ölçülü çap evlərin inşası üzrə ixtisaslaşmış ABŞ şirkəti mənzil problemi və davamlı inkişafın həllinə kömək edə biləcək texnoloji həll təqdim edib. Şirkət 40 milyon investisiya cəlb edə bilib.

Digər şirkətlərdən fərqli olaraq, Kaliforniyada reallaşdırılacaq layihə dünyada 3D printerdə çap edilmiş evlərdən ibarət ilk rayon olacaq.

Emil Hüseynov

PAYLAŞ