Kimyaçı alim “İLİN ALİMİ” ali media mükafatı ilə təltif edilib

0
94

AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Polimer aşqarlar laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Elxan İsakov Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “İLİN ALİMİ” ali media mükafatı ilə təltif edilib. Alim bu mükafata keçirilmiş rəy sorğusuna görə, ziyalı olaraq ümummilli lider Heydər Əliyev ideyalarının həyata keçirilməsi uğrunda fəaliyyəti və vətənə, xalqa xidmətlərinə görə layiq görülüb.

Elxan Isakovun elmi fəaliyyətinin əsas istiqamətini vinil monomerləri əsasında müxtəlif təyinatlı polimer aşqarların alınması və tədqiqi təşkil edir. Son zamanlar o, monomer kimi yerli xammal ehtiyatları olan allil naftenatlar əsasında  sintetik əlavələr, sintetik karbohidrogen yağlarının məqsədyönlü sintezi ilə məşğul olur.

Elxan Isakov 131 elmi əsərin, o cümlədən 62 məqalə, 25 ixtira və 1 monoqrafiyanın müəllifidir. Onun əsərlərinin 41-i xaricdə, o cümlədən 16-sı impakt faktorlu jurnallarda çap olunub.

SHARE