Kimyaçı alimlərin müştərək tədqiqatların nəticəsi nüfuzlu xarici jurnalda dərc olunub

153

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu Bakı Dövlət Universiteti ilə elmlə təhsilin inteqrasiyası istiqamətində səmərəli əməkdaşlığı davam etdirirlər. İnstitutdan verilən məlumata görə, AKİ-nin icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayevin və BDU-nun “Analitik kimya kafedrasının müdiri kimya elmləri doktoru, professor Famil Çırağovun birgə elmi rəhbərlik etdiyi doktorant Tahir Cavadzadənin apardığı elmi tədqiqatların mühüm nəticələri “Web of Science” bazasında arxivləşdirilən impakt faktoru 3.052 olan dünyaca məşhur “Elsevier” nəşriyyatının  “Polyhedron” jurnalında məqalə kimi (Tahir Javadzade, Irada Rzayeva, Svetlana Demukhamedova, Gulnara Akverdieva, Vagif Farzaliyev, Afsun Sujayev, Famil Chiragov, Synthesis, structural analysis, DFT study, antioxidant activity of metal complexes of N-substituted thiourea, Volume 231, 1 February 2023, 116274, https://doi.org/10.1016/j.poly.2022.116274) dərc olunub.

İnstitutdan bildirilib ki, məqalə N-əvəzli tiokarbamid və onların metal komplekslərinin sintezi, quruluşlarının müasir fiziki-kimyəvi üsullarla müfəssəl tədqiqinə həsr edilmişdir. Bu birləşmələrin sabit strukturlarını xarakterizə edən həndəsi, enerji və elektron parametrləri müəyyən edilmiş, Funksional Sıxlıq nəzəriyyəsi əsasında sərhəd molekulyar orbitalların enerjiləri, enerji boşluğu, kimyəvi reaktivlik deskriptorları, atom yükləri, dipol momenti və qütbləşmə qabiliyyəti hesablanmış, reagent və kompleks üçün molekulyar qarşılıqlı təsirlərin baş verə biləcəyi elektrofil və nukleofil bölgələrin yerləri müəyyən olunmuş, elektron sıxlığının ötürülməsi və hiper konyuqativ qarşılıqlı təsirlər aydınlaşdırılır. Müəyyən edilmişdir ki, tiokarbamid və onun kompleksinin təklif olunan modellərinin təcrübi və nəzəri cəhətdən əldə edilmiş parametrləri üst-üstə düşürr. Eyni zaman da sintez edilmiş birləşmələrin antioksidant xüsusiyyətləri model reaksiyalarında tədqiq edilmişdir, Məlum olmuşdur ki, bu birləşmələr sürtkü materialların oksidləşməsinə qarşı yüksək inhibitor xassəyə malikdirlər.

PAYLAŞ