Kimyaçı bakalavr tələbələri yekun diplom işlərini müdafiə ediblər

560

Bakı Mühəndislik Universitetinin (BMU) “Kimya mühəndisliyi” ixtisası üzrə IV kurs bakalavr tələbələrinin yekun diplom işlərinin onlayn müdafiəsi keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayevin sədrliyi ilə keçirilən İxtisaslaşdırılmış Müdafiə Komissiyasının iclasında gündəlikdəki məsələlər və diplom işi mövzuları haqqında iştirakçılara məlumat verilib.

İclasda “Kimya mühəndisliyi” ixtisaslaşması üzrə bakalavr tələbələr  hazırladıqları yerinə yetirdikləri yekun buraxılış elmi işini təqdim edib. Gənclər tədqiqatlarının aktuallığı, elmi yeniliyi, əldə etdikləri nəticələr haqqında danışıb, sualları cavablandırıblar.

Təqdimatlar ətrafında Komissiya sədri dosent Ə.Sucayev, üzvləri – BMU-nun “Kimya mühəndisliyi” kafedrasının müdiri, k.ü.f.d., dosent Y.Abdullayev, k.ü.e.d., dosent R.Rəhimov, baş müəllim C.Salmanov, müəllim R.Nəzərova də “Kimya-biologiya” kafedrasının dosenti, k.ü.f.d. R.Rzayev çıxış edərək fikir və təkliflərini bildiriblər.

Sonda səsvermə nəticəsində diplom işləri müvafiq meyarlar üzrə qiymətləndirilib, məzun tələbələrə bakalavr ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.

PAYLAŞ