Məlumatların yüksək sürətlə ötürülməsi üçün “USB4” standartı elan edilib

364

“USB Implementers Forum” (USB-IF) assosiasiyası cari ilin yazında elan edilmiş “USB4” interfeysinin xüsusiyyətlərini təsdiqləyib. Tezliklə istehsalçılar və elektronika istehsalçıları 40 Qbit/s ötürmə xüsusiyyətinə malik yeni standartın arxitekturası haqqında informasiya əldə edəcəklər və yeni nəsil portlara malik ilk qurğular gözlənildiyindən daha tez istifadəyə veriləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni nəsil interfeys məlumatların 40 Qbit/s-dək sürətlə ikitərəfli ötürülməsini təmin edir. Bu, “Thundebolt 3” texnologiyasının sürətinə uyğundur və “USB 3.2”-dən iki dəfə daha sürətlidir. Belə kabel təsviri göstərə, faylları ötürə və elektrik kabeli rolunda çıxış edə bilər. “USB4”-nin konnektorları eynilə “USB Type-C”-də olduğu kimi hazırlanacaq. Assosiasiya konnektorun yeni spesifikasiyasını cari ilin sonunda “USB Developer Days” konfransında təqdim etməyi planlaşdırır.

“USB 3.2”, “USB 2.0” və “Thunderbolt 3” ilə uyğun olan yeni standartın müxtəlif qurğu və platformalar, həmçinin kənar qrafik prosessorlar üçün universal həll olacağı gözlənilir.

PAYLAŞ