Mühəndislər dəriyə yapışdırılan epidermal saat hazırlayıblar

23

Nankin Universitetinin mühəndisləri insanın əlinin arxa tərəfinə yapışdırılan nazik ekranlı epidermal saat hazırlayıblar. Saatın üzərindəki rəqəmlər hətta günəş işığında görünəcək qədər parlaq, gərginlik isə dəriyə zərər verməmək üçün aşağıdır.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, saat üçün baza işıq saçan mikrozərrəciklərdən ibarət olan elektrolüminessensiya qatından hazırlanıb.

Tədqiqatçılar ümid edirlər ki, gələcəkdə belə ekranlar yumşaq robot texnikasında və beyin-kompüter interfeyslərində tətbiq edilə bilər.

Emil Hüseynov

PAYLAŞ