Neyroşəbəkə mahnıların mətnini generasiya edərək özünü məşhur ifaçılara bənzədir

18

Kanadanın Vaterloo Universitetinin tədqiqatçıları müəyyən musiqi ifaçılarının üslubuna uyğun olan mahnı mətnlərinin yaradılması üçün alqoritm hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, mətnin generatorları üzərində çalışan tədqiqat qrupu müəyyənləşdirib ki, neyron şəbəkələr təsir bağışlayan poetik mətnləri yarada bilərlər. Bu məqsədlə alimlər qurğunun özünü konkret musiqi ifaçılarının lirik üslubuna bənzətməsini yoxlamaq qərarına gəliblər. Alqoritm variasiyalı avtomatik enkoder (VAE) adlanan neyron şəbəkə modelinə əsaslanır. Həqiqi mahnıların mətnindən istifadə edən mütəxəssislər modeli bir-biri ilə şeir misraları ilə bağlı olan orijinal mahnıları generasiya etməyi öyrədiblər.

Mütəxəssislərin sözlərinə görə, sistem gözəl nəticələr nümayiş etdirib. Model tərəfindən generasiya edilmiş əksər sətirlər neyroşəbəkənin öyrəndiyi mətnlərin ifaçısının üslubuna tam uyğun gəlib. Neyroşəbəkə mətnlərində əsasən mövcud mahnılar olsa da, onlar digər kontekstdə işlədilərək orijinal lirikada olmayan mənalar yaradıblar. Bir sıra mətnlərdə metafora və oksümoronlardan istifadə ilə ifadə olunan yeni güclü poetik obrazlar yer alıb. Mütəxəssislər ümid edir ki, gələcəkdə mətnlərin generasiya sistemi ifaçıları yeni mahnıların yaradılmasına ruhlandırmaq üçün istifadə edilə bilər.

http://www.ictnews.az/

PAYLAŞ