Robot ilk dəfə mikrocərrahiyyə əməliyyatı keçirib

304

Niderlandlı alimlər tərəfindən təqdim edilmiş robot ilk dəfə uğurlu mikrocərrahiyyə əməliyyatı keçirib. Tədqiqatın nəticələrinə əsasən məlum olub ki, avtomatlaşdırılmış prosedurlardan sonra xəstələr daha sürətli şəkildə sağalırlar.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, Eyndhoven Texnologiya Universiteti və Maastrixt Universitetinin Tibb Mərkəzinin alimlərini birləşdirən Niderlandın “Microsure” startapı dünyada mikrocərrahiyyə üçün ilk klinik əlçatan cərrahi robot hazırlayıb. Cərrah tərəfindən idarə olunan robot əllərin hərəkətini dəqiq avtomatlaşdırılmış əməliyyatlara çevirir.

“Yeni robot bizə miniatür limfa və qan damarları üzərində əməliyyat aparmağa imkan verir. Biz robotun köməyi ilə istənilən ölçülü damarlar üzərində əməliyyatlar keçirə bilərik” – plastik cərrah Şan Syu Şao deyib.

Bu alət diametri 0.3-0.8 mm olan miniatür qan və limfa damarlarını birləşdirməyə imkan verir. Belə damarların birləşdirilməsinin çətin olduğuna görə hazırda yalnız az sayda cərrah supermikrocərrahiyyə əməliyyatı keçirmək qabiliyyətinə malikdir.

Emil Hüseynov

PAYLAŞ