Səs dalğaları vasitəsilə çap üsulu yaradılmışdır

2098

Artıq uzun müddətdir ki, sənaye çapı üçün yalnız bərk və toz maddələr deyil, həmçinin mayelər də istifadə edilir. Halbuki sonunculardan istifadə ilə bağlı hələ də problemlər var: məsələn, mayenin özlülüyü müəyyən bir səviyyədə olmalıdır, başqa halda printer sadəcə düzgün işləməyəcəkdir. Ancaq son zamanlarda bu problem də səs dalğalarının köməyi ilə çap üsulunun yaradılması vasitəsilə həll edilmişdi.

“Science Advances” nəşrinin məlumatına görə, Harvard Universitetindən və Tsurixdəki İsveçrə Ali Texniki Məktəbindən olan tədqiqatçılar bu işləmə üçün məsuldur. Yeni üsul mikrobioloji laboratoriyalarda kifayət qədər uzun müddət istifadə edilən damcı metoduna əsaslanır. Alimlər onların üsulunun mövcud inkjet və elektrodinamik çapdan daha perspektivli olduğunu iddia edirlər.

Müəlliflər: “Biz işimizdə xüsusi bir akustik rezonatordan istifadə etmişik. Bu rezonator sayəsində mürəkkəb damcılarına təsir edən davamlı səs dalğası yaranır. Səs dalğasının tezliyini dəyişdirməklə çap üçün damcıların ölçüsünü də dəyişdirə bilərsiniz. Biz maye metal da dasxil olmaqla istənilən özlülüklü mayedən istifadə edə bilərik.”

Alimlərin fikrincə, bu çap  üsulundan bioloji, qida və ya kosmetik sənayedə istifadə oluna biləcək.

PAYLAŞ