“Samsung” yeni nəsil displeylərin hazırlanmasına 11 milyard dollar xərcləyəcək

1439

“Samsung Display Co.” şirkəti yeni nəsil displeylərin hazırlanmasına və istehsalına 13,1 trilyon von (11 milyard dollar) məbləğində investisiya yatırmağa hazırlaşır. Çin istehsalçıları tərəfindən artan rəqabətlə əlaqədar belə qərar qəbul edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, Cənubi Koreya prezidenti Mun Çje İn və “Samsung Electronics Co.” şirkətinin sədr müavini Li Djeyon arasında keçirilmiş görüşdə elan edilib ki, bu investisiyalar ekran sənayesinin yenidən qurulması üçün nəzərdə tutulub. Şirkət əvvəlki kimi həm Cənubi Koreya bazarında, həm də dünya bazarında lider mövqedə olmaq niyyətindədir.

Mun Çje İnin sözlərinə görə, Cənubi Koreya hökuməti yeni displey texnologiyalarına təxminən 400 milyard von məbləğində sərmayə yatırır.

Bu vəsaitlər kvant nöqtələrinə əsaslanan displeylərin istehsalı üzrə istehsal xəttinin qurulmasına xərclənəcək. Asan şəhərində yerləşəcək istehsal müəssisəsi 2021-ci ildə öz fəaliyyətinə başlayacaq. Müəssisənin ilkin gücü 65 düymdən yuxarı diaqonallı 30 min panel təşkil edəcək. Daha sonra istehsal gücünü artırmaq planlaşdırılır. Bundan başqa, investisiyalar 81 min yeni iş yeri açmağa imkan verəcək.

Emil Hüseynov

PAYLAŞ