“Skype” xidməti “Zoom”un unikal funksiyasını köçürüb

228

“Microsoft” şirkəti “Zoom”un ən yaxşı funksiyalarından birini köçürərək “Skype” xidmətində tətbiq edib. Söhbət videozəng vaxtı arxa fon təsvirinin dəyişdirilməsi xüsusiyyətindən gedir: məsələn, istifadəçilər işgüzar söhbətə başlamazdan öncə arxa fonda hansısa şəkil yerləşdirməklə otaqdakı səliqəsizliyi maskalaya bilərlər.

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Zoom”da olduğu kimi, “Skype”ın yeni funksiyası da arxa fon təsvirini videoaxından çıxardır və onu seçilmiş şəklə dəyişdirir.

Arxa fon təsvirini dəyişdirmək və ya bulanıq etmək üçün əvvəlcə “Sazlamalar”, daha sonra “Səs və video” bölməsinə keçmək və oradan istənilən effekti seçmək lazımdır. Yeni funksiya bir həftə ərzində “Windows”, “macOS” və “Linux” üçün proqramlarda, həmçinin “Skype”ın veb-versiyasında əlçatan olacaq.

“Microsoft” şirkətinin nümayəndəsi bildirib ki, “Windows 10” üçün “Microsoft Store” mağazasında yerləşdirilmiş “Skype” proqramında arxa fonun dəyişdirilməsi hələ ki əlçatmazdır. Yeni funksiyadan istifadə etmək üçün “Skype”ın rəsmi saytından masaüstü versiyanı yükləmək lazımdır.

Emil Hüseynov

PAYLAŞ