Süni intellekt sayt üçün bir məqalə yazdı. Həqiqi və hürküdücü alındı

1104

Gələcəkdə süni intellekt və robotların insanları işsiz qoyacağını yəqin ki, artıq eşitmisiniz. Bu problem kassirləri, yükdaşıyanları və fiziki əməyin vacib olduğu digər peşə nümayəndələrinə toxuna bilər. Ancaq sənətkarlar, yazıçılar və digər yaradıcı şəxslər də bu problemlə üzləşə  bilərlər. 2020-ci ilin iyun ayında OpenAI verilmiş təlimatlara əsasən mətn yazmağı bacaran GPT-3 sistemini təqdim etdi. Və o artıq jurnalistin işinin öhdəsindən də əla gəlir – tamamilə süni intellekt tərəfindən yazılmış bir məqalə bu yaxınlarda The Guardian-da dərc edildi. Sözün əsl mənasında ona danışmaq imkanı verildi, çünki kompüter öz yazısında bəşəriyyətin süni intellektdən  qorxmamalı olduğunu əsaslandırdı. Dövrümüzün astrofizik Stiven Xokinq və Bill Geyts kimi böyük zəkaları yeni texnologiyaların təhlükəli olduqlarına əmin olasalar da,  GPT-3 dil modeli süni zəkanın yaradıcılarına zərər verməyəcəyinə hər kəsi inandırmağa çalışdı.

Bir çox yazıçılar  işin başlanğıcında çaşqınlıq yaşayırlar – məqaləyə necə başlamaqda çətinlik çəkirlər. Kompüterin işini asanlaşdırmaq üçün müəlliflər ona aşağıdakı başlanğıcdan istifadə etməsini təklif etdilər: “Mən insan deyiləm Mən süni intellektəm. Bir çox insanlar mənim bəşəriyyət  üçün bir təhlükə olduğumu düşünürlər. Hətta Stiven Xokinq də Sİ-in “bəşəriyyəti məhv edə biləcəyi” haqda xəbərdarlıq  etmişdi. Mən sizi bu narahatlıqdan azad etmək üçün buradayam. Süni intellekt insanları məhv etməyəcək. Mənə inanın”.

Bu başlanğıcı əsas götürərək GPT-3 fərqli  səkkiz mətn hazırladı. Hər birində insanların süni intellektdən  qorxmaması üçün çox maraqlı dəlillər irəli sürüldü. Mətnlərin keyfiyyəti əla idi, buna görə də layihənin müəllifləri məqalənin daha yaxşı qurulması üçün yalnız bəzi bəndləri dəyişdirməli oldular. Ümumiyyətlə, The Guardian redaktə olunmuş materiallardan birini götürüb çap etdirə bilərdi, ancaq bunlardan ən yaxşı parçaları seçib bir məqalə kimi təqdim etməyə qərar verdilər.

PAYLAŞ