“WhatsApp” messencerində ciddi boşluq aşkar edilib

101

“WhatsApp” messencerində xoşagəlməz boşluq aşkar edilib: hətta blokladığınız istifadəçilər sizin statusunuza baxa bilərlər. Bu, kontakt siyahısında olmayan nömrələr üçün də keçərlidir.

“ICTnews” Elektron Xəbər Xidməti “rg.ru” saytına istinadən yazır ki, istifadəçilər bir-birinin statusa baxmaq üçün həmsöhbərin nömrəsini öz smartfonunda saxlamalıdırlar. Ancaq hazırda həmsöhbətin nömrəsini öz telefonunda saxlayıb-saxlamadığından asılı olmayaraq istənilən şəxs statusa baxa bilər.

“WhatsApp” hələ ki bu problemlə bağlı şərh verməyib.

Emil Hüseynov

PAYLAŞ