“WhatsApp” messencerində şəkillər üzrə axtarış funksiyası əlçatan olacaq

2397

Populyar “WhatsApp” messencerində istifadəyə veriləcək yeni funksiya istifadəçilərə şəkillərin həqiqiliyini yoxlamağa imkan verəcək. Bu haqda “Engadget” portalı yazıb.

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, yeni funksiya artıq 2.19.73 versiyasında əlçatan olacaq. Messencer “Google”un bazasındakı şəkillər əsasında təhlil aparacaq: mesajın “feyk” olub-olmadığını müəyyənləşdirmək üçün analoji və müvafiq şəkilləri göstərəcək.

Emil Hüseynov

PAYLAŞ