“WhatsApp”da yeni funksiya “feyk” mesajların yayılmasının qarşısını alacaq

1024

Bir neçə dəfə göndərilmiş mesaj qruplarda göstərilməyəcək. Bu, “feyk” mesajların yayılmasını çətinləşdirəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, güman ki, “WhatsApp” tez-tez göndərilən mesajları gizlətmək imkanını əlçatan edəcək. Bu haqda “WABetainfo” nəşri məlumat yayıb.

Sözügedən funksiya proqramın beta-versiyasında aşkar edilib.

Tərtibatçılar bu yolla “feyk” mesajların yayılması ilə mübarizə aparırlar. Əlbəttə, hakerlər mətni köçürərək müxtəlif qrup və müxtəlif insanlara göndərə bilərlər, amma bu, məsələni çətinləşdirəcək.

Emil Hüseynov

PAYLAŞ