“Wi-Fi” siqnalını 10 dəfə artıran “ağıllı səth” təqdim edilib

235

Massaçusets Texnologiya İnstitutunda simsiz internet siqnalını gücləndirmək üçün ucuz üsul hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “RFocus” adlı “ağıllı səth” – bu, 3000 kiçikölçülü antenadan ibarət massivdir, onu divara və ya adi lövhəyə bərkitmək olar. Faktiki olaraq, bu səth siqnal gücləndiricisi kimi işləyir. O, marşrutlayıcıdan “Wi-Fi” siqnalını qəbul edir və onu başqa qurğulara ötürür.

Bu, “Wi-Fi” və ya “5G” siqnalının gücləndirilməsi üçün ucuz və sadə üsuldur. İlk sınaqda “ağıllı səth” siqnalı 10 dəfə gücləndirə və şəbəkənin buraxılış qabiliyyətini 2 dəfə artıra bilib.

Emil Hüseynov

 

PAYLAŞ