Xəzər Universitetində beynəlxalq konfrans keçirildi

47

4 və 5 aprel 2019-cu il tarixində Xəzər Universitetində “Hava-torpaq-dəniz qarşılıqlı təsirləri” adlı beynəlxalq konfrans keçirildi. Konfrans YUNESKO, Xəzər Universiteti, İstanbul Aydın Universiteti, İstanbul Texniki Universiteti, Çin Elmlər Akademiyası və Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən birlikdə təşkil edilmişdi. Konfransda ABŞ, Türkiyə, Rusiya, Belçika və Azərbaycandan təxminən 70 mütəxəssis iştirak emişdi.

Konfransda alternativ enerji mənbələri, ətraf mühitin çirklənməsi, atmosfer hadisələri, insanın ətraf mühitə təsirləri, iqlim dəyişikliyinin məhsuldarlığa və su resurslarına təsirləri, təhlükəli  təbiət hadisələri müzakirə edilmişdi.

AMEA akademik A.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əməkdaşları: k.ü.f.d., dosent B.Musayeva, kiçik elmi işçilər K.Qəhrəmanova və G.İsmayılova da konfransda iştirak etmişlər. K. Qəhrəmanova “Xəzər dənizi sularında neftin çirklənməsinin mikrobioloji təmizlənməsi” adlı, G.İsmayılova  isə “Ekoloji təmiz qliserin törəmələrindən alınan kükürd-, azot tərkibli üzvi birləşmələrin tədqiqi” mövzusunda təqdimatla çıxış etmişlər.

Konfrans iştirakçıları gündəlikdə olan mövzularda təqdimatlar dinlədikdən sonra müvafiq müzakirələr aparmışlar. Sonra iştirakçılar sertifikatlar və hədiyyələrlə təltif olunmuşlar.

PAYLAŞ