Yeni virus 45 mindən çox “Android” qurğusunu yoluxdurub

385

“Android” əməliyyat sistemi üçün yeni növ zərərli proqram təminatı 45 mindən çox qurğunu yoluxdurub.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “xHelper” adlı troyan əsasən Hindistan, ABŞ və Rusiya istifadəçilərinə qarşı yönəlib. İlk dəfə 2019-cu ilin mayında kibertəhlükəsizlik üzrə mütəxəssislər tərəfindən aşkarlanan virus hazırda ən çox aşkarlanan mobil zərərli proqramlar onluğuna daxildir. “Symantec” şirkətinin məlumatına görə, təkcə son ayda orta hesabla gündə 131, ay ərzində isə 2400 qurğu yoluxdurulub.

Ehtimal olunur ki, proses istifadəçilər tərəfindən quraşdırmaların yenilənməsi və onun əllə silinməsinə baxmayaraq daim təhlükəli proqram təminatını yükləyən zərərli sistem əlavəsi vasitəsilə baş verir. Digər tərəfdən, “MalwareBytes” tədqiqatçılarının fikrincə, troyan heç nədən şübhələnməyən istifadəçiləri etibarsız kənar mənbələrdən yükləməyə məcbur edən gizli oyun internet saytları vasitəsilə yayılır.

Məlumata görə, “xHelper” ev ekranının işə salınması panelində işarə və proqram qovluqları yaratmır. Onu aşkarlamağa imkan verən yeganə göstərici yoluxdurulmuş telefonun sazlama əlavəsi haqqında informasiya bölməsi siyahısıdır. Əlavə işarəsinin olmaması o deməkdir ki, zərərli proqramı əllə işə salmaq mümkün deyil, lakin o məhdudiyyətləri kənar triqqerlər (yaddaşa malik rəqəmli qurğu) vasitəsilə aradan qaldıra bilər: qurğunun enerji mənbəyinə qoşulması və ya ayrılması, yenidən yükləmə, əlavənin quraşdırılması və ya ləğvi.

Kibertəhlükəsizlik üzrə mütəxəssislərin sözlərinə görə, “xHelper” hələlik ciddi təhlükə törətmir. Lakin gələcəkdə troyan digər zərərli əlavələrin quraşdırılması və ya qurğuya məsafədən nəzarət üçün istifadə oluna bilər.

Nizam Nuriyev

PAYLAŞ