İnstitutun direktoru akademik Vaqif Fərzəliyev 30 may 01 iyun 2017-ci il tarixlərində Belarusun Minsk şəhərində ezamiyyətdə olmuş,Belarus Milli Elmlər Akademiyasının Yeni Materialların Kimyası İnstitutunun təşkilatçılığı ilə keçirilmiş “Alternativ xammal və yanacaq mənbələri” (АИСТ-2017) adlı VI beynəlxalq elmi-texniki konfransda iştirak etmişdir. Akademik Vaqif Fərzəliyev konfransda “İşlənmiş sürtkü yağlarının regenerasiyası” adlı məruzə ilə çıxış etmişdir. O, həmçinin mayın 31-də plenar və şifahi məruzələrin dinlənildiyi iclaslara sədrlik etmişdir.