İlk “ağıllı” güzgü planşet göstərildi — VİDEO

2011

«Firefly» şirkəti «Kickstarter» platformasında divar üçün ilk güzgü planşet yerləşdirib. Güzgü planşet istifadəçinin səsi, üz və jestlərini tanıyır, bir çox proqramları dəstəkləyir və xəbərdarlıq göndərir.

«Firefly» qurğusu «iOS» və ya «Android» sistemi ilə işləyən planşetin bərkidildiyi aşağı hissə və 65×40 sm ölçüsündə ikitərəfli güzgü şüşədən ibarətdir. Xüsusi emal olunmuş şüşə həmişə kristal kimi təmizdir. Güzgü toxunuşlara reaksiya vermədiyindən «Firefly» qurğusunda idarəetmə kimi «Amazon Alexa» səsin tanınması texnologiyasından istifadə edilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, cihazı aktivləşdirmək üçün «Firefly» sözünü demək və lazımi komandaları (hava haqqında məlumat göstər, taksi çağır, xəbərləri göstər və s) vermək kifayətdir.

Proqramın əsas ekranı modulyardır və istifadəçinin zövqünə uyğun  vidcetlər yerləşdirməyə imkan verir. İstehsalçılar əlçatan vidcet və proqramlar dəstinin artırılması üzərində durmadan çalışırlar. Güzgü internet vasitəsilə yenilənəcək. Beləliklə, istənilən planşeti «Firefly» qurğusunun aşağı hissəsinə yerləşdirdikdən sonra «ağıllı» güzgü öz işinə başlayacaq.

Cari ilin avqustunda satışa çıxarılacaq «Firefly» güzgü planşetinin qiyməti 175 dollar təşkil edəcək.

Milli.Az

ПОДЕЛИТЬСЯ