İnsan saçından min dəfə nazik karbon nanoborucuq hazırlanıb

962

ABŞ alimləri insan saçından min dəfə nazik karbon nanoborucuq yaradıblar. Texnologiya bəşəriyyət üçün böyük addım hesab olunur.

AZƏRTAC «Vistanews»a istinadla xəbər verir ki, çox nazik olan nanoborucuqlar misdən təxminən 50 dəfə möhkəmdir. Onlar elektrikkeçirmə qabiliyyətinə malikdir və müxtəlif mexanizmlərdə istifadə oluna bilər.

Ümumilikdə, nanoborucuqlar elastiklik səviyyəsinə görə müasir analoqlarını xeyli üstələyir. Bununla əlaqədar olaraq yeni yaradılan borucuqdan aviasiya, maşınqayırma, kosmonavtika və digər qabaqcıl texnologiyalarda istifadə etmək mümkündür.

Metoddan ilk istifadə bu ilin sonuna gözlənilir.

Mənbə:  Azerbaijan-News.az

ПОДЕЛИТЬСЯ