Əməkdaşlıq haqqında müqavilə imzalanmışdır

1151

AMEA akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu ilə Ufa Dövlət Neft-Texniki Universiteti (Ufa şəh., Rusiya Federasiyası) arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

Müqavilə çərçivəsində tədqiqat üçün reagent, aşqar nümunələrinin qarşılıqlı mübadiləsi, ən effektli nümunənin aşkar edilməsi və sənayedə tətbiqi; ən perspektiv işləmələrin kommersiyalaşdırılması; yağlar, yanacaqlar, YSM-lər, xüsusi təyinatlı kompozisiyaların reseptinin hazırlanması istiqamətlərində birgə işlərin aparılması, beynəlxalq layihələrdə, müsabiqələrdə tərəfdaşlıq, işlərin nəticələrinin birgə nəşr edilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə birgə fəaliyyət 5 il müddətində həyata keçiriləcək.

ПОДЕЛИТЬСЯ