ABŞ-da cibə yerləşən kompüter yaradıblar

0
46

Q-Stick Amerika şirkəti miniatür kompüter yaradıb. Cihazın xüsusiyyətləri Q-Stick saytında verilmişdir.

Mini-qurğu Windows, Android və ya Linux əməliyyat sistemini işə salmaqla istənilən televizoru 7 saniyə ərzində fərdi kompüterə çevirməyə imkan verir.

Cihaz baza və Pro versiyasında mövcuddur, Intel HD qrafika ilə yanaşı 4K axın yayımını da dəstəkləyir. Bundan əlavə, kompüterin 8 gigabayt  əməliyyat yaddaşı, Bluetooth 4.1, WiFi, bir neçə USB-bağlayıcısı və yaddaş kartı üçün birləşdiricisi var.

Kompüterin baza versiyasının qiyməti 129, Blaze Pro variantının qiyməti isə 179 dollar olacaq.

https://hi-tech.mail.ru/news/kompyuter_kotoryy_pomeschaetsya_v_karman/

SHARE