Əsas elmi istiqamətlər

Aşqarlar Kimyası İnstitutunun əsas elmi istiqamətləri aşağıdakılardır:

  • aşqarlar kimyasının nəzəri problemlərinin öyrənilməsi – aşqarların təsir mexanizmi, onların tərkibi ilə funksional təsiri arasındakı asılılıq, aşqarların sinergizmi və antoqonizmi, onların sintezi üçün istifadə olunan müxtəlif üzvi reaksiyaların kinetikası və mexanizminin öyrənilməsi istiqamətində fundamental tədqiqatlar;
  • zərif üzvi sintez və kompüter kimyasının imkanlarından istifadə etməklə yeni üzvi maddələrin sintezi və onların sürtkü yağlarına, yanacaqlara, yağlayıcı-soyuducu və digər xüsusi mayelərə aşqar, metalların korroziya inhibitorları kimi tədqiqi;
  • müxtəlif növ aşqarların funksional xassələrinin tədqiqi və aşqar kompo­zisiyalarının işlənib hazırlanması;
  • yeni sintez olunmuş aşqarlar əsasında müxtəlif növ sürtkü yağı və yanacaq kompozisiyalarının, yağlayıcı-soyuducu və digər xüsusi mayelərin işlənib hazırlanması;
  • yeni sintez olunmuş yüksək təsirli aşqar və korroziya inhibitorlarının istehsal prosesləri texnologiyasının işlənib hazırlanması, modelləşdirilməsi və optimallaşdırılması.
  • sintez olunmuş yeni birləşmələrin canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları kimi ferment-izofermentlər üzrə fizioloji fəallığının “molekulyar dokinq” tədqiqi.