Yaranma tarixi

Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş Ittifaqda aşqarların işlənib hazırlanması və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir.

Keçmiş SSRI-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar 1945-ci ildə Kuybışev adına AzETNEI-də fəaliyyət göstərən və akad.Ə.M.Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində yaradılmışdır. Bu kollektivin apardığı fundamental və tətbiqi tədqiqatlar SSRI-də keyfiyyətli aşqarların yaradılmasının və sənaye istehsalının təməlini qoymuşdur. Sürtkü yağlarının donma temperaturunu aşağı salan АзНИИ-depressatoru, АзНИИ-4, АзНИИ-5 və АзНИИ-6 yuyucu-dispersedici aşqarları və АзНИИ-СИАТИМ-1 çoxfunksiyalı alkilfenol aşqarı keçmiş SSRI-də yaradılmış və istehsalı təşkil edilmiş ilk aşqarlardır.

Ə.M.Quliyev və əməkdaşları 1948-ci ildə АзНИИ-depressatoru aşqarının yaradılması və sənayedə tətbiqinə görə SSRI Dövlət mükafatına layiq görüldülər.

АзНИИ-4 aşqarının istehsal texnologiyasının işlənib hazırlanması və sənayedə tətbiqinə görə Ə.M.Quliyev və digər müəlliflər 1950-ci ildə ikinci dəfə SSRI Dövlət mükafatı laureatı adına layiq görüldülər.

Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alan SSRI-nin görkəmli alimlərinin təklifinə əsasən yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə ölkəmizdə ilk ixtisaslaşmış Azərbaycan Elmlər Akademiyası Aşqarlar Kimyası Institutu (AEA AKI) yaradıldı.

Аkаd. Ə.M.Quliyev İnstitutun təməlini qоymuş, оnun təşkilаtçısı və 1987-ci ilə qədər fаsiləsiz direktоru оlmuşdur. 1987-ci ildən İnstitutа Ə.M.Quliyevin yetişdirmələrindən biri, аkаdemik V.M.Fərzəliyev rəhbərlik edir.