Akademik Vaqif Fərzəliyev Minskdə beynəlxalq konfransda iştirak edəcək

489

28-30 may tarixlərində Belarusun paytaxtı Misk şəhərində “АЛЬТЕРНАТИВНЫЕ ИСТОЧНИКИ СЫРЬЯ  И  ТОПЛИВА  (АИСТ-2019) mövzusunda VII Beynəlxalq elmi-texniki konfrans keçiriləcək. Bu tədbirdə AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev iştirak edəcək. O, 3 gün davam edəcək konfransın plenar iclasında “МНОГОФУНКЦИОНАЛЬНЫЕ ИНГИБИТОРЫ ОКИСЛЕНИЯ УГЛЕВОДОРОДОВ” mövzusunda məruzə edəcək, bir seksiya iclasına isə moderatorluq edəcək.

V.Fərzəliyev müştərək beynəlxalq tədqiqatlar, institutlararası əlaqələrin inkişaf etdirilməsi üçün Belaruslu həmkarları ilə müzakirələr də aparacaq.

 

PAYLAŞ