Alimlər bitkiləri plastik material üçün xammala çevirən bakteriya işləyib hazırlamışlar

0
64

ABŞ-ın Sandia Milli Laboratoriyalarının tədqiqatçıları bitki komponentlərini hazırda  neftdən alınan neylon, plastik və dərman preparatlarının istehsalı üçün lazım olan qiymətli  kimyəvi maddələrə parçalaya biləcək modifikasiya olunmuş bakteriyalar yaratmışlar.

E coli əsasında hazırlanmış bakteriya bitkilərdə olan lignini səmərəli şəkildə parçalaya bilmişdi. Lignin bitkilərin hüceyrə divarlarının bir hissəsidir və bu da onlara inanılmaz güc verir. Bu maddənin molekulları böyük enerjiyə malikdir, lakin bu enerjinin istehsalı o qədər bahalı və çətindir ki, alınan bioyanacaq enerjinin digər daşınma növləri ilə iqtisadi cəhətdən rəqabət apara bilməz.

Bakteriya lignini parçaladıqdan sonra əldə edilmiş maddələr bioyanacağın istehsalı üçün, həm də plastik və ənənəvi  neft kimyasının digər məhsullarının istehsalında xammal kimi istifadə oluna bilər

SHARE