Alimlər kök hüceyrələrdən ilk dəfə sintetik embrion yaradıblar

0
169

Day.Az-ın məlumatına görə Hollandiyalı tədqiqatçılar kök hüceyrələrinin müəyyən növlərini kombinə edərək  gəmiricilərin süni embrionunu yaratmağa müvəffəq olublar.

Bu üsul alimlərin yeni həyatın yaranması prosesinin ən ilk anlarını öyrənməsinə imkan verəcək, bu da öz növbəsində sonsuzluq və digər genetik xəstəliklərlə yeni mübarizə üsullarının yaranmasına gətirib çıxara bilər.

Yarandığı andan bir neçə gün ərzində inkişaf edən embrion blastosista formasını alır və onun içərisində yüzə yaxın hüceyrə qrup halında yerləşir. Bu daxili hüceyrələr əsasında sonra döl formalaşacaq və blastosistin xarici qabığı plasentaya çevriləcək.

MERLN və Hubrecht İnstitutlarının alimləri iki növ kök hüceyrələrini xüsusi mühitdə birləşdirmiş və onların sferik forma əmələ gətirdiklərini müşahidə etmişlər. Bu süni blastosista “blastoid” adlandırılmışdır.

Alimlər müəyyən etmişlər ki, blastosistanın xarici təbəqəsində hüceyrələrin inkişaf sürəti daxili qrup hüceyrələrinin artım sürətindən asılıdır.

Yeni üsuldan istifadə edərək, tədqiqatçılar süni embrionları müxtəlif şəraitdə və çox sayda yetişdirə biləcək və bu da onlara ətraf mühitin bəzi amillərinin canlı  orqanizmlərin inkişafına və onlarda müəyyən xəstəliklərin yaranmasəna necə təsir etdiyini aydınlaşdırmağa imkan verəcək.

https://news.day.az/unusual/1003274.html
SHARE