AMEA Aşqarlar Kimyası İnstitutu pandemiyası dövründə “ELSEVIER”ə daxil olan nüfuzlu jurnallarda məhsuldar fəaliyyət göstərib

190

AMEA Aşqarlar Kimyası İnstitutu 2020-ci il “COVİD 19” koronavirus pandemiyası dövründə ciddi karantin rejiminin elan olunmasına baxmayaraq dünyanın tanınmış elmi nəşriyyatlarından hesab olunan “ELSEVIER”ə daxil olan nüfuzlu jurnallara məhsuldar fəaliyyət göstərib. Bu fikirlər adıçəkilən nəşriyyatın icraçı direktoru Filip Terşgenin İnstitutun direktoru, akademik Vaqif Fərzəliyevə ünvanladığı təşəkkür məktubunda yer alıb. Məktubda deyilir: “2020-ci ilin olduqca çətin bir il olduğu düşüncəsi ilə razılaşmayan çox az adam olar. Bizim nəşriyyatın ayrı-ayrı jurnallarında pandemiya dövründə dərc etdirdiyiniz əsərlər, hər zamankından daha çox, ağır şərtlərdə böyük, fədakarlıq və zəhmətin nəticəsində ərsəyə gəlib və oxucu auditoriyamızın böyük marağına səbə olub. Belə məqalələrdən biri də “Bioüzvi kimya” (Bioorganic chemistry) jurnalında dərc olunmuş fizioloji əhəmiyyət kəsb edən aminopirtlərin AlCl3 katalizatoru iştirakında tsiklik tiokarbamid törəmələrinin sintezi və bioaktiv fəallığının və molekulyar dokinq tədqiqi” məqaləsidir. Çoxşaxəli tədqiqatlarla əldə etdiyiniz mühüm nəticələri paylaşmaq üçün məhz bizim nəşriyyatın jurnalını seçdiyiniz üçün “Bioorganic chemistry” jurnalının liderlik komandası adından Sizə və əməyi olan bütün əməkdaşlarınıza təşəkkür edirik”.

Məktubda qeyd olunur ki, bundan sonra da tədqiqat dünyasına verəcəyiniz töhfənizi dəstəkləmək üçün əlimizdən gələni etməyə davam edəcəyik və bu ildə birlikdə çalışacağımızı gözləyirik. Məlumat üçün bildirək ki, Aşqarlar Kimyası İnstitutunun alimləri 2020-ci ildə “ELSEVIER”ə daxil olan nüfuzlu jurnallarda 14 məqalə dərc etdiriblər.

PAYLAŞ