AMEA Aşqarlar Kimyası İnstitutunda fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturaya ixtisas fənni üzrə qəbul imtahanı keçirilib

305

Bu gün AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 2020-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənni üzrə qəbul imtahanı keçirilib. İnstitutun Təhsil Şöbəsinin müdir əvəzi, k.ü.f.d. Sədaqət Şamxalovanını verdiyi məlumata görə, imtahanda “Neft kimyası” – 2314.01 ixtisaslaşması üzrə indiyə qədər Xarici dil və Fəlsəfə fənlərindən məqbul qiymət alan 1 namizəd  iştirak edib.

Onun sözlərinə görə, plana uyuğun olaraq dəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda imtahan komissiyası yaradılıb. Komissiyanın sədri institutun elmi işlər üzrə director müavini, k.e.d., professor Mirzə Mövsümzadə, üzvləri isə elmi katib, k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdirləri – k.e.d. Əli Kazımzadə, k.e.d., dosent Əfsun Sucayev və aparıcı elmi işçi k.ü.f.d. Vəli Kazımovdur. 90 dəqiqə müddətində 50 sual test tapşırıqları şəklində cavablandırıldı.

İmtahan uğurla başa çatmışdır.

 

 

PAYLAŞ