AMEA Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisinə diplom və pul mükafatı verilib

318

AMEA Aşqarlar Kimyası İnstitutunun “Mühafizə aşqarları” laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Oruc Nəbiyev Wiley nəşriyatının məhşur Biokimya və Molekulyar Toksikologiya jurnalında (Journal of Biochemical and Molecular Toxicology) dərc olunan məqaləsi 2018-2019-cu illlərdə həmin jurnalda yayımlanan beynəlxalq əhəmiyyətli məqalələr arasında ən çox istinad alan nüfuzlu elmi əsərlər sırasına daxil edildiyi üçün İnstitut rəhbərliyi tərəfindən diplom və 300 manat pul mükafatı ilə təltif edilib. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev alimə diplom və mükafatı təqdim edib.

Qeyd edək ki, bu mühüm nailiyyətinə görə, Wiley nəşriyatı redaktorlar birliyi O.Nəbiyevə öz məqalələrini impakt faktoru 4.522 olan Hüceyrə fiziologiyası jurnalı (Journal of Cellular Physiology), impakt faktoru 3.448 olan Hüceyrə biokimya jurnalı (Journal of Cellular Biochemistry) və impakt faktoru 3.092 olan Fitoterapiya Tədqiqatı (Phytotherapy Research) jurnallarında dərc etdirməyi təklif edib.

PAYLAŞ