AMEA Aşqarlar Kimyası İnstitutunun gənc mütəxəssisinin beynəlxalq ekspert fəaliyyəti sertifikatla təltif olunub

44

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun “Üzvi birləşmələrin, aşqarların və sürtkü yağlarının analizi və fiziki-kimyəvi tədqiqi” laboratoriyasının kiçik elmi işçisi Mənsurə Hüseynovanın “Applied Organometallic Chemistry” (Tətbiqi metal-üzvi kimya) jurnalındakı ekspert fəaliyyəti sertifikata layiq görülüb. O, zərif üzvi sintez vasitəsi ilə metal üzvi komplekslərin sintezi və onlarının quruluşunun, həmçinin fizioloji fəallığının tədqiqi ilə bağlı məqalələrin müstəqil ekspert dəyərləndirilməsi ilə məşğul olub.

Məlumat üçün bildirək ki, dünyanın nüfuzlu nəşriyyatlarından biri sayılan Wiley-in nəşri olan “Applied Organometallic Chemistry” “Web of Science” bazasına daxildir, hər buraxılışında kimyanın mühüm və aktual nəzəri məsələləri, struktur kimyası, sintez, fiziki və kimyəvi xüsusiyyətlər (reaksiya mexanizmləri daxil olmaqla) və üzvi metal birləşmələrin praktik tətbiqləri ilə əlaqəli orijinal əsərlər yer alır. Tətbiqi Organometalik Kimya jurnalı əsas qrup metalları, keçid metalları, lantanoidləri və aktinoidləri əhatə edən bütün üzvi və metal-üzvi kimya sahələrində elmi araşdırmaların tam sənədlərini, icmallarını və mini icmallarını dərc edir. Jurnala təqdim olunan bütün elmi məlumatlar materialşünaslıq, nano elm, kataliz, katalizator, metalların köməkliyi ilə üzvi sintez, polimerlər, bio-metalüzvi, metallooterapiya, metallo-diaqnostika və tibbdə yeni birləşmələrin açıq bir tətbiqini özündə ehtiva etməlidir. Jurnalın impakt faktoru 3.140-dır.

 

PAYLAŞ