AMEA Aşqarlar Kimyası İnstitutunun gənc mütəxəssisləri distant keçirilən elmi konfranslarda elmi məruzə etmişlər

19

AMEA Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun dissertantları Könül Qəhrəmanova, Günay İsmayılova və Lamiyə Kazımzadə Sumqayıt Dövlət Universitetində Ümimmilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi: nailiyyətlər və probıemlər” mövzusunda IX ənənəvi Respublika Elm Konfransında məruzə etmişlər.  İnstitutdan verilən məlumata görə, İnstitutun “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasının kiçik elmi işçisi Könül Qəhrəmanova “Ağır metallarin təmizlənməsində biofitoremediasiya  üsulu” mövzusunda, 2 saylı “Transmissiya və sənaye yağlarına aşqar və aşqar kompozisiyalarının hazırlanmasi” laboratoriyasının kiçik elmi işçisi Günay İsmayılova “Ekoloji təmiz xammal əsasında alınan sulfidlərin korroziyaliğına дф-11 aşqarının təsiri”, 4 saylı “Polimer aşqarlar” laboratoriyasının kiçik elmi işçisi Lamiyə Kazımzadə isə “Sürtkü yağlarına yeni özlülük aşqarının ekoloji zərərsiz üsulla alınması” mövzusunda  maraqlı məruzələrini təqdim etmişlər.

Eyni zamanda İnstitutn gənc doktorant və disertantları Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən Ümimmilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Kimya və Kimya mühəndisliyində dayanıqlı inkişaf” mövzusunda tələbə və gənc tədqiqatçıların I Beynəlxalq elmi konfransında iştirak etmişlər. Bu elmi müəssisənin “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasının kiçik elmi işçisi Könül Qəhrəmanova “Üzvi çirkləndiricilərlə mübarizədə mikroorqanizmlərin rolu” mövzusunda və 2 saylı “Transmissiya və sənaye yağlarına aşqar və aşqar kompozisiyalarının hazırlanması” laboratoriyasının kiçik elmi işçisi Günay İsmayılova isə “Индустриальное масло для зубчатых передач промышленного оборудование” mövzusunda məruzə ilə çıxış etmişlər.

 

PAYLAŞ