Bill Qeyts: “Huawei” həmişə innovativ şirkət olub

24

Amerikalı milyarder və “Microsoft” korporasiyasının həmtəsisçisi Bill Qeyts hesab edir ki, “Huawei” həmişə innovativ şirkət olub. O, bu yaxınlarda Pekinə səfəri zamanı Çin mediasına belə deyib.

“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, Qeyts müsahibələrindən birində Çinin qabaqcıl texnologiya şirkətinə sahib olduğunu söyləmişdi. O, həmçinin bildirib ki, “Huawei” şirkəti “5G” texnologiyasını dəstəkləyən ucuz qurğular hazırlayır və beləcə başqa cihaz istehsalçılarını müasir texniki xüsusiyyətlərə malik ucuz smartfonların istehsalına məcbur edir.

Bundan başqa, Bill Qeyts ABŞ və Çin əməkdaşlığının texnologiyaların inkişafına müsbət təsir göstərəcəyi fikrindədir.

Emil Hüseynov

PAYLAŞ