Doktorantura, dissertantura və magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə

324

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanı yanvarın 26-da keçiriləcək. Ai təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər isə fevralın 23-də imtahan verəcəklər.

Azərbaycan dili (dövlət dili kimi) üzrə test imtahanı (birinci) mayın 3-də və (ikinci) mayın 31-də olacaq.

Qeyd edək ki, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu. Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.

www.science.gov.az

PAYLAŞ