Dünyada ən kiçikölçülü ultrasəs detektoru hazırlanıb

899

Helmholtz Zentrum München və Münhen Texniki Universitetinin (TUM) tədqiqatçıları dünyada ən kiçikölçülü ultrasəs detektoru hazırlayıblar. Yenilik silisium çipdəki miniatür foton sxemlərinə əsaslanır.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, ultrasəs detektorunun ölçüsü ortastatistik insan saçından 100 dəfə kiçikdir, ancaq əvvəllər müşahidə üçün əlçatmaz olan detalları vizuallaşdıra bilər. Yeni ultrayüksək təsvir ölçülü vizuallaşdırma elmi araşdırmalarda kömək edəcək.

1950-ci illərdə tibbi ultrasəs vizuallaşdırmasının inkişafı anından etibarən ultrasəs dalğalarının aşkar edilməsi üzrə əsas texnologiya ilk növbədə ultrasəs dalğalarının təzyiqini elektrik gərginliyinə çevirən pyezoelektrik detektorların istifadəsinə yönəlmişdi. Ultrasəsin köməyi ilə əldə edilən şəklin təsvir ölçüsü istifadə edilən pyezoelektrik detektorun ölçüsündən asılıdır. Bu ölçünün kiçik olması daha yüksək təsvir ölçüsü əldə etməyə imkan verir. Ancaq pyezoelektrik detektorların ölçülərinin daha da kiçildilməsi onların həssaslığını azaldır və praktikada istifadə üçün yararsız hala gətirir.

“Helmholtz Zentrum Munchen” və “TUM”dan olan tədqiqatçılar miniatür foton sxemlərinin üstünlüklərindən istifadə edərək dünyada ən kiçikölçülü ultrasəs detektoru (SWED) hazırlayıblar. SWED  pyezoelektrik kristallardan gələn elektrik gərginliyini qeydə almaq əvəzinə, foton sxemləri vasitəsilə yayılan işığın intensivliyindəki dəyişiklikləri izləyir.

Emil Hüseynov

 

PAYLAŞ