Doktorantura / Magistratura

2016-CI İLDƏ YÜKSƏK İXTİSASLI ELMİ KADRLARIN HAZIRLANMASI 

AMEA-nın 25 may 2016-cı il tarixli 8/17 nömrəli qərarına əsasən İnstitutda Təhsil şöbəsi yaradılıb.

İnstitutun doktorantura və dissertanturasına (2015-ci ili qəbul planına əsasən) 2016-cı ildə 6 nəfər,  doktorantura  yolu ilə 3 (elmlər doktoru hazırlığı üzrə 1, fəlsəfə doktoru hazırlığı üzrə 2), dissertantura yolu ilə 3 (elmlər doktoru hazırlığı üzrə 1, fəlsəfə doktoru hazırlığı üzrə 2)  qəbul olmuşdur.

Hesabat  ilində  30 doktorant  və  dissertant  müxtəlif  ixtisaslardan öz dissertasiya işləri  üzrə  elmi tədqiqat işləri aparmışlar. İnstitutun  doktoranturasında  fəlsəfə doktoru hazırlığı üzrə 11 nəfər  təhsil  alır,  onlardan  7 əyani və 4 qiyabi:

2314.01 – “Neft kimyası” ixtisası – 7 nəfər
2306.01 –  “Üzvi kimya” ixtisası – 4 nəfər

Elmlər doktoru hazırlığı üzrə 1 nəfər büdcə hesabına təhsil alır:

2314.01 – “Neft kimyası” ixtisası                                         – 1 nəfər

İnstitutun dissertanturasında  elmlər doktoru elmi dərəcəsi almaq üçün  5 nəfər:

2314.01 – “Neft kimyası” ixtisası – 4 nəfər
2306.01 –  “Üzvi kimya” ixtisası – 1 nəfər

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  6 nəfər

2314.01 – “Neft kimyası” ixtisası – 5 nəfər
2306.01 –  “Üzvi kimya” ixtisası – 1 nəfər

dissertasiya işi üzərində çalışır.

AMEA-nın Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli 15/3 nömrəli qərarı ilə Akademiyada magistratura təhsil pilləsinin yaradılması, İnstitutda elmlə təhsilin inteqrasiyasına, gənclərin elmə cəlb edilməsinə və elmi kadr potensialının yüksək səviyyədə inkişafına səbəb olmuşdur.

2016/2017-ci tədris ilində  magistraturaya “Üzvi kimya” ixtisası üzrə yüksək balla 1 bakalavr qəbul olunmuşdur: Həsənli Sevinc Əliqismət qızı (AMEA RH-nin 07.09.2016 il 10/2№li qərar).

AMEA-nın Rəyasət Heyətinin 19 oktyabr 2016-cı il tarixli 13/2 №li qərarına əsasən  2017/2018-cı tədris ili üçün  İnstitutun  magistraturasına  “Üzvi kimya” ixtisasından 4 yer üzrə qəbul planı təsdiq olunmuşdur.

2015-Cİ İLDƏ YÜKSƏK  İXTİSASLI  ELMİ  KADRLARIN  HAZIRLANMASI

Yüksək ixtisaslı elmi kadrların işi doktoranturada və dissertanturada təhsil, dünyada tanınmış elmi mərkəzlərində keçirilən məktəb-seminarlarda, gənc alimlər üçün təşkil olunan beynəlxalq layihələrdə və qrantlarda, müsabiqələrdə, konfranslarda və seminarlarda iştirak etmə yolu ilə həyata keçirilmişdir.

2015-ci ildə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 2 nəfər qəbul edilmişdir.

Hazirda İnstitutun doktoranturasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün aşağıda göstərilən ixtisaslar üzrə 9 nəfər təhsil alır, onlardan 5 əyani, 4 qiyabi:

2314.01 – “Neft kimyası” ixtisası – 2 qiyabi,  4 əyani
2306.01 –  “Üzvi kimya” ixtisası – 2 qiyabi,  1 əyani

elmlər doktoru elmi dərəcəsi almaq üçün 3 nəfər büdcə hesabına təhsil alır:

2314.01 –  “Neft kimyası” ixtisası                                         – 3 nəfər

İnstitutun dissertanturasında elmlər doktoru elmi dərəcəsi almaq üçün 4 nəfər dissertasiya işi üzərində çalışır:

2314.01 – “Neft kimyası” ixtisası – 3 nəfər
2306.01 –  “Üzvi kimya” ixtisası – 1 nəfər

Dissertanturada fəlsəfə doktoru  elmi dərəcəsi almaq üçün 5 nəfər dissertasiya işi üzərində çalışır.

2314.01 – “Neft kimyası” ixtisası – 4 nəfər
2306.01 –  “Üzvi kimya” ixtisası – 1 nəfər