“Facebook”un kriptovalyutası “Libra” adlandırılacaq

221

“The Information” nəşrinin məlumatına görə, “Facebook” sosial şəbəkəsi 2019-cu ilin iyununda öz kriptovalyutasını təqdim etmək niyyətindədir və sözügedən kriptovalyuta “Libra” adlandırılacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.com” saytına istinadən yazır ki, mənbələrin məlumatına görə, “dövlət valyutası qeyri-sabit olan inkişaf etməkdə olan ölkələr” üçün nəzərdə tutulacaq gələcək kriptovalyuta ilə “Messenger” və “WhatsApp” daxil olmaqla müxtəlif sosial şəbəkə xidmətlərində ödəniş etmək mümkün olacaq. Həmçinin bildirilir ki, sosial şəbəkə “Libra” kriptovalyutasını qəbul edən fiziki ödəniş terminalları şəbəkəsi yaratmağı planlaşdırır.

“Facebook” yeni kriptovalyutanın idarə edilməsi üçün tərəfdaşlar axtarır.

Emil Hüseynov

PAYLAŞ