“Google Meet” videozəngləri televizor ekranlarına translyasiya ediləcək

995

“Google” şirkəti populyarlaşmaqda olan “Google Meet” videokonfranslar servisi üçün növbəti yeniliyi istifadəyə verib.

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, şirkət “Chromecast” rəqəmli mediapleyeri vasitəsilə “Google Meet” videozənglərini televizor ekranlarına translyasiya etməyə imkan verən yeniləməni yaymağa başlayıb.

Məlumata görə, iş üçün “Chromecast” qurğusuna qoşulmuş kompüter və televizor və ya “Chromecast” texnologiyasının quraşdırıldığı televizor/ekran tələb olunacaq. Kompüterdə “Chrome” brauzerinin ən son versiyasının quraşdırılması mütləqdir.

Qeyd edək ki, televizora translyasiya zamanı konfrans üçün səs və video kompüterin kamera və mikrofonu vasitəsilə qeydə alınacaq. Yeni videogörüşün translyasiyasına başlamaq, eləcə də davam edən videozəngi böyük ekrana köçürmək mümkündür.

Nizam Nuriyev

PAYLAŞ