İnternetin yaradıcısı onun gələcəyindən narahatdır

9

İnternetin yaradıcılarından biri olan Tim Berners-Li onu “uğursuz” adlandırıb. Alimin müraciəti “Ümumdünya Hörümçək Toru” Fondunun saytında dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, o deyib ki, bəşəriyyət “Ümumdünya Hörümçək Toru”nun xilası üçün səy göstərməlidir. Onun fikrincə, internetin mənfi tərəflərinə fırıldaqçıları, həmçinin düşmənçilik və nifrətin yayılmasını göstərmək olar.

Alim, həmçinin informasiyanın yayılmasına nəzarətin olmaması nəticəsində yaranan mənfi nəticələrdən söz açıb. Onun sözlərinə görə, internet cəmiyyəti belə təzahürlərlə mübarizə aparmalıdır.

http://www.ictnews.az

PAYLAŞ