Mitio Kaku 20 ildən sonra bizi hansı gələcəyin gözlədiyi haqqında danışdı

0
261

Dubayda keçirilən  Dünya Hökumət Sammitində çıxış edərkən  nəzəri  fizika sahəsində mütəxəssis, elmi populyarlaşdıran məşhur şəxs, eləcə də bir çox elmi-populyar kitab müəllifi olan Mitio Kaku  yaxın 20 ildə (bizi dedikdə bütün bəşəriyyət nəzərdə tutulur) bizim həyatımıza təsir edəcək mövzunu müzakirə etmişdir . Söhbət dəyişikliklər – həyatımızı dəyişdirəcək şeylər və texnologiyalar haqqında idi.

Bu dəyişikliklərin başlanğıcı artıq qoyulmuşdur.Biz hər gün alim və mühəndislərin  həyatımızın universal əsası olan DNT-yə daha çox yaxınlaşaraq  süni intellekt, kosmik uçuşlar, tibb və biologiyanın  inkişafında növbəti inqilab etdiklərini müşahidə edə bilərik. Elm və texnologiyanın inkişafı, əlbəttə ki, ruhlandırır, lakin onun baş verdiyi sürət bəzi adamlar üçün müəyyən narahatlıq hissi yarada bilər. Bundan əlavə, Kakuya görə, yaxın iyirmi ildə hər şey daha da qarışıq olacaq.

Hərəkətdə olaraq kimyəvi analiz etmə və orqanizmdə bu və ya digər maddələri azaltmaq üçün tövsiyə vermə qabiliyyəti olan tualetdən başlayaraq və bizimlə söhbət edə biləcək divarlara qədər hər şey –  Kaku sabahkı dünyanın  eyni vaxtda gözəl, bir az qorxunc  və müəyyən dərəcədə də komik mənzərəsini  təsvir etmişdir.

Həyat 2.0

Kaku zamanın hər şeyi dəyişəcəyi  fikrindən  başladı. O cümlədən, texnologiyalarla  yanaşı  inkişaf edəcək  dilimiz. Bu nə deməkdir? Məsələn, bu o deməkdir ki, zaman keçdikcə “kompüter” sözü insanın dilindən  yox ola bilər. Əlbəttə ki, sözün özü qalacaq, lakin biz terminin əhəmiyyətini itirəcəyik. Kakuya görə,bəzi ölkələrdə “kompüter” sözü istifadə edilməyəcək, çünki bu cihazlar həqiqətən hər yerdə olacaq. Dünyada kompüter olmayacaq heç bir şey qalmayacaq. Hər şey kompüterləşdiriləcək.

Alim 3D çap texnologiyasının həyatımızı  keyfiyyətcə  necə dəyişdirəcəyi mövzusunu davam etdirdi.”Biz yeni bir dünya haqqında danışırıq. Sizin təsəvvür edə bildiyiniz hər şeyi özünüzün  yarada biləcəyiniz dünya  haqqında” deyərək  Kaku şərh etdi. O  bizim özümüz üçün  yeni ayaqqabı, bəzək əşyaları və  ya qarderobumuzdan  hər hansı  bir əşyanı  çap edə biləcəyimiz dünyanı təsvir etdi.  Uşağınız  yeni bir oyuncaq istəyirsə, onu mağazaya aparmağa ehtiyac yoxdur. Sizə lazım olan  İnternetə daxil olaraq xoşunuza gələn dizaynı yükləyib  evinizin qonşu otağında olan 3D-printerdə çap etməkdir.  Yeri gəlmişkən, ola bilər ki,  həmin printer ölçüsü ondan daha böyük olan 3D-printerin köməyi ilə çap olunsun.

Yeri gəlmişkən, ev haqqında. Bizim yaşadığımız yerlər  yalnız məskunlaşma yerləri olmayacaq. Onlar alətlər olacaq. Kompüterli, “canlı” alətlər. Biz həm də  divar kağızı ilə ünsiyyət quracağıq. Bəli, divar kağızı ilə. Şübhə edirsinizmi?

“Gələcəkdə” ağıllı kağız “olacaq. Bu kağız bizim sorğumuzla  hər hansı bir məlumatı,  bugünkü kompüterlərimizin ekranları kimi göstərə biləcək. Biz divarlarla danışacağıq. Və yalnız biz deyil, onlar da bizimlə danışacaq. Evlərimizin görünüşü o qədər dəyişəcək ki, adi divarlar bizim smartfonlara, noutbuklara və böyük televiziya ekranlarına çevriləcək “.

Təsəvvür edin ki, bir otaqda oturub nəinki  sizi əhatə edən, hətta rəqəmsal dünyanın ən uzaq guşələrinin daxilində yerləşən əşyalarla ucadan söhbət edirsiniz. Lakin bu, bəzi adamlar üçün  əzici olub təklik hissi yarada bilər. Amma bizi gözləyən gələcək dünya belədir.

İxtiyarımızda  dünyanın digər yerlərində başqaları ilə əlaqələr qurmağa kömək edəcək texnologiyalar  olacaq. Kaku qeyd etdi ki, bu cür vasitələr sizin düşüncələrinizi və fikirlərinizi tanımadığınız  insanlarla bölüşməyə imkan verəcək.

“Siz hər hansı bir dildə ünsiyyət qura biləcəksiniz. Bu işdə sizə  sizə yazılmış mətni tərcümə edən və birbaşa sizin tor qişanıza əks etdirən  kontakt linzaları kömək  edəcək “.

Sərinləmək və harasa  getmək istəyirsiniz? Hara– uzağa və ya bir o qədər uzaq olmayan yerə – getməyinizdən asılı olmayaraq  öz avtomobilinizə ehtiyac olmayacaq. Sürücülük bacarığı da lazım olmayacaq. Sizi avtomobil daşıyacaq. Müstəqil olaraq. Özünü idarə edən. Bundan əlavə, siz səfərə yüksüz cıxa bilərsiniz.  Lazım olan şeylərin  hamısı yolda  birbaşa 3D printerdə çap edilə bilər.

Kakuun sözlərinə görə, biz sosial-iqtisadi əlaqələrin tamamilə fərqli olacağı gələcəyə yaxınlaşırıq. “Biz vasitəçilər anlayışının və adi kapitalizmin bütün mənfi tərəflərinin olmadığı ” ideal kapitalizm ” qururuq. Burada  qalib cəmiyyət, zərər çəkənlər vasitəçilər, üçüncü şəxslər olacaq» – deyərək  Kaku qeyd etdi.

Müzakirənin sonuncu məsələsi  özümüzə aid idi. “Süni intellekt, bizə keçmişdə heç bir kral və ya kraliçənın qalib gələ bilmədiyi  yaşlanma prosesi üzərində qələbə çalmağa imkan verə bilər. Zaman  keçdikcə hamımız qocalır və ölürük. Köhnə işdə səhvlər yaradır. Gənclərin milyonlarla genlərini  qocaların  milyonlarla geni ilə müqayisə üçün süni intellektdən istifadə edə biləndə biz  yaşlanma prosesinin  harada və necə başladığını müəyyən edə bilərik. Və sonra biz onun kökünü kəsərik. ”

Razılaşın ki, gələcəyin təsviri  cəlbedici olacaq. Ancaq bu  həqiqətən belədirmi? Buna cavab vermək çətindir. Çox cazibədar görünür, lakin gəlin bu məsələyə 20 ildən sonra qayıdaq.

https://hi-news.ru/medicina/uchenym-vpervye-udalos-vossozdat-legochnuyu-tkan.html

SHARE