Mövcud məlumat saxlama sistemləri qabaqcıl texnologiyaların tətbiqinə mane olur

532

“NGD Systems” şirkəti tədqiqat apararaq müasir informasiya texnologiyalarının tətbiqinə əngəl yaradan amillərdən birinin köhnəlmiş məlumat saxlama sistemlərinin olmasını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, söhbət süni intellekt, kompüter təlimi, “Əşyalar interneti” və s. sahələrdə tapşırıqların həllindən gedir. Belə ki, bu texnologiyaları tətbiq edən şirkətlər bəzən artan məlumat mübadiləsi intensivliyinin öhdəsindən gələ bilməyən mövcud informasiya saxlama platformalarından istifadə edirlər.

Məlumat saxlama sahəsində 300-dən çox peşəkar arasında keçirilən sorğudan məlum olub ki, onların yarısından çoxu (45 faiz) daha müasir məlumat saxlama və emalı platformalarının tətbiqinin zəruri olduğunu düşünür.

Hazırkı şəraitdə daha perspektivli həll kimi sürətli “NVMe SSD” bərk cisimli toplayıcıları əsasında məlumat massivlərinin tətbiqi göstərilir. Respondentlərin əksər hissəsi – 86 faizi məhz bu texnologiyanı məlumat saxlama platformalarının gələcəyi adlandırır.

Rəyi soruşulanların 60 faizi bildirib ki, onların şirkətləri artıq öz infrastrukturları tərkibində “NVMe SSD” həllərini tətbiq edir. Bununla yanaşı, respondentlərin 67 faizi qeyd edib ki, bu tip toplayıcıların tətbiqi yolunda əsas maneə onların qiymətinin baha olması və məhdud büdcədir.

 

Nizam Nuriyev

 

PAYLAŞ