Nestle DNT testləri əsasında fərdi qidalanma planları hazırlayacaq

1981

Son zamanlarda DNT testləri insan haqqında çox şey söyləyə bilir və bu məlumatlar yalnız elmi məqsədlər üçün deyil, əlavə faydalar əldə etmək üçün də istifadə edilə bilər. Ən azı Nestle hesab edir ki, mütəxəssislər yaxın gələcəkdə DNT testinə əsaslanan fərdi qidalanma planları hazırlayıb satmağa başlayacaqlar.

Mövcud məlumatlara görə, şirkətin fikrincə fərdi hazırlanmış qidalanma planı, ömür müddətini artıracaq və insanların sağlamlığını qoruyacaq. Bundan əlavə, Nestle artıq ilk testləri aparmağa başlamışdır. Bunun üçün Yaponiyanın  100.000 sakini seçilib. Onlar, , ev şəraitində də genetik materialların toplanması üçün xüsusi bilik tələb etməyən  qurğu alacaqlar. Sonra toplanan nümunələr Nestle laboratoriyasına göndəriləcək, burada alınan məlumatlar əsasında şirkətin mütəxəssisləri hər bir kəsə pəhrizin nədən ibarət olacağı və hansı əlavə maddələrin ona daxil olacağı ilə bağlı məsləhət verəcəklər. Və bu əlavələr asan istifadə formasında  birbaşa hər kəsə çatdırılacaq və ayrıca heç bir şeyin alınmasına ehtiyac olmayacaq.

Hazırda proqramın dəyərinin ildə təxminən 600 ABŞ dolları olacağı məlumdur. Ekspertlərin fikrincə, DNT testlərinə əsaslanan fərdi qidalanma planlarının istifadəsi xolesterin və ya diabetin artması ehtimalını azaldacaq. Bundan əlavə, yeni proqram çəkiyə nəzarəti daha da asalaşdıracaq.

PAYLAŞ