Smartfonun internet trafikini və enerjisini tez işlədən virus aşkarlanıb

1527

“Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğuların internet trafikini gizlicə sərf edən “DrainerBot” adlı mürəkkəb fırıldaqçı kampaniya aşkarlanıb. Bu barədə “Moat” şirkətinin məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, yüzlərlə mobil proqrama quraşdırılan zərərli kod qurğularda gizli reklamı – əsasən videoçarxları işə salır.

Bildirilir ki, belə proqramların fasiləsiz işləməsi ayda 10 giqabayt internet trafikinin sərf edilməsinə səbəb olur. Həmçinin qurğu hətta zərərli əlavə işə salınmadığı halda enerjisini tez itirir.

İstifadəçi elanların ekranlarda göstərilməməsinə görə qurğunun yoluxması barədə məlumatlı olmaya bilər. Yoluxdurulmuş proqramlar kimi tədqiqatçılar tərəfindən “Solitaire: 4 Seasons” (Full), “VertexClub”, “Perfect365”, “Touch ‘n’ Beat” – “Cinema” və “Draw Clash of Clans” qeyd olunur.

Mütəxəssislərin sözlərinə görə, hər bir “Android” qurğu istifadəçisi qurğunun qızmasına və onun enerjisinin tez sərf edilməsinə diqqət yetirməlidir. Təhlükəli əlamətlər arasında qurğunun işləməsinin zəifləməsi və ya onun tez-tez yenilənməsi və iritutumlu məlumatların emalı göstərilir.

http://www.ictnews.az

PAYLAŞ