Təəssüf ki, planetimizdə faydalı ehtiyatların miqdarı məhduddur və gec-tez onlar tükənəcək. Artıq indi onlardan bəzilərini çıxarmaq, demək olar ki, 150-200 il bundan əvvəlkindən daha çətindir. Onda niyə kosmosa nəzər salmayaq?
Bu yaxınlarda, ABŞ Geoloji Xidmətinin (USGS) Ayda, Yer ətrafı orbitdə və yaxın kosmosda faydalı ehtiyatların olma ehtimalını qiymətləndirməyə başladığı məlum olmuşdur. Kolorado Mədən İşləri Məktəbinin Kosmik Ehtiyatları Mərkəzinın direktoru Encel Abbud-Madridin bildirdiyi kimi, “Kosmik ehtiyatların çıxarılması, USGS-ın Ay, Mars və hətta planetlərdəki minerallar, metallar və digər resursların yeri və dəyəri haqqında məlumatlarına əsaslanaraq böyük fayda gətirəcəkdir. Bizim planetin ətrafında bir çox asteroid var və onların hər birində qiymətli materiallar ola bilər. Resursların çıxarılması gələcək kosmik missiyalarının həyata keçirilməsinə və Yerin ekologiyasını yaxşılaşdırmağa kömək edəcəkdir”.
Hazırda USGS bu cür iddialı planları həyata keçirmək üçün lazımi maliyyə vəsaitinə malik deyil, lakin kosmik cisimlərin ehtiyatlarının çıxarılması üçün uyğunluğunu qiymətləndirmək məqsədilə bir proqram hazırlanmışdır.
“Alınan məlumatlar mineralların çıxarılması və onların Yerə çatdırılması üçün modellərin hazırlanmasında istifadə edilə bilər. Bu, sənayenin inkişafı üçün əsas olacaq və kosmosun dərinliklərindən çıxarılan materialları daha effektiv şəkildə istifadə etməyə kömək edəcəkdir.”